İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəkil məscidlərdə ibadətçi sayına qoyulan məhdudiyyətə görə məhkəməyə müraciət edib

748 27.07.2021 11:10 Son xəbər A A

Vəkil məscidlərə 50 nəfərdən artıq şəxsin buraxılmamasına etiraz edir. Buna görə də məhkəməyə müraciət edib.

Musavat.com xəbər verir ki, vəkil Elmar Süleymanov məhkəməyə müraciət edərək Nazirlər Kabineti, Qafqaz Müsəlmanları İdarəsi, “Hacı Əjdərbəy” məscidi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də cavabdeh qismində prosesə cəlb olunmasını xahiş edib.

Nazirlər Kabinetinin məscidlərdə 50 nəfərlik məhdudiyyətə dair qərarının ləğvilə bağlı məhkəmə iddiası üzrə qərardad çıxarılıb.

Nazirlər Kabinetinə məhkəmə iclası barədə bildiriş göndərilsə də, Nazirlər Kabinetinin nümayəndəsi Bakı İnzibati Məhkəməsində keçirilən hazırlıq iclasında iştirak etməyib.

Vəkil Elmar Süleymanov Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində göstərib ki, daha məhdud tutumu olan məkanlara (metro, təyyarə, avtobus və s.) 50 nəfərlik məhdudiyyət qoyulmadığı halda, açıq və qapalı ərazisdə yüzlərlə (bəzi məscidlərdə isə minlərlə) insanın eyni zamanda ibadəti mümkün olan məscidlərə 50 nəfərlik məhdudiyyətin tətbiqini dini mənsubiyyətə görə tətbiq edilən ayrı-seçkilik hesab edir.

Vəkil hesab edir ki, Nazirlər Kabinetinin bu qadağası insan hüquqları və azadlıqlarına təminat verən Azərbaycan Respublikasının Konstitusiyasına və beynəlxalq hüquqa ziddir.

“Göründüyü kimi, sahəsindən asılı olmayaraq, bütün ibadət yerlərində, o cümlədən ümumi sahəsi 4000 kvadrat metr olan və eyni vaxtda təxminən 3000 nəfərin ibadət edə biləcəyi məsciddə 50 nəfərdən artıq şəxsin toplanmasına qadağa qoyulsa da, sahəsi bundan dəfələrlə az olan qeyri-dini məkanlara 50 nəfərdən artıq şəxsin toplanmasına heç bir qadağa qoyulmayıb”- vəkil bildirib.

İlkin Muradov

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR