İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəkil Elçin Sadıqov ofisində axtarışdan sonra Baş Prokurorluğa aparılıb- YENİLƏNİB

3149 10.09.2022 20:40 Son xəbər A A

Vəkil Elçin Sadıqov onun  ofisində  axtarış başa çatdıqdan sonra  Baş Prokurorluğun İstintaq İdarəsinə aparılıb.

Musavat.com xəbər verir ki, vəkil jurnalistlərə açıqlamasında mənzilindən və ofisindən qeyri-qanuni olaraq peşə fəaliyyəti ilə bağlı sənədlərin götürüldüyünü bildirib. 

Sadıqovun iddiasına görə, axtarış qərarı verilərkən onun vəkil olması barədə məhkəməyə məlumat verilməyib.

Vəkilin hansı statusda Baş Prokurorluğa aparıldığı hələlik bəlli deyil

*

Baş Prokurorluğun nümayəndələri vəkil Elçin Sadıqovun mənzilində axtarış aparıblar. Bu barədə onun həyat yoldaşı Zibeydə Sadıqova məlumat verib.

Musavat.com xəbər verir ki, prokurorluq əməkdaşları məhkəmə qərarını təqdim edərək E.Sadıqovun apardığı işlərlə bağlı sənədləri götürüblər.

Bundan başqa, onun həyat yoldaşı, həmçinin vəkil olan Zibeydə Sadıqovanın da apardığı işlərlə bağlı sənədlər götürülüb.

Z.Sadıqova prokurorluğun hərəkətlərini qanunsuz adlandırıb.

Qeyd edək ki, Prokurorluq "Xural" TV-nin baş redaktoru Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun evlərində axtarış aparır.

Yada salaq ki, bu günlərdə Əvəz Zeynallının "Baku Steel Kompany"-nin rəhbəri, hazırda məhkəməsi gedən Rasim Məmmədovun ailəsindən rüşvət almaq şübhəsi doğuran səs yazısı internet resurslarında yayılıb. Jurnalist özü isə canlı efirdə bildirib ki, həmin səs yazısında söhbət geri qaytarılacaq hansısa pul məbləğindən yox, əlində olan ifşaedici sənədlərdən gedir.

Elçin Sadıqov həm Rasim Məmmədovun, həm də Əvəz Zeynallının vəkilidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR