İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəhhabilər İraqın xristianlar yaşayan ən böyük şəhərini tutdu

2669 07.08.2014 19:25 Dünya A A
"İraq və Şam İslam Dövləti" (İŞİD, indi "İslam Dövləti" adlanır) yaraqlıları İraqın ən böyük xristian şəhərini və ətrafdakı əraziləri tutublar. On minlərlə xristian evlərindən qaçır.

Avqustun 7-də Qaraqoş şəhərinin tutulmasından qabaq kürdlərin peşmərgə silahlıları islamçılarla döyüşdə məğlub olaraq şəhəri tərk edib.

İslamçılar xristianların yaşadıqları Tall Kayf, Bartella, Karamleş şəhərlərini də tutub.

Avqustun 7-də Roma Papası Fransis bütün dünya hökumətlərinə müraciət edib ki, İraqda xristianları qorusunlar.

İraq Kürdüstanının televiziyası xəbər verir ki, kürdlərin əksəriyyət təşkil etdiyi iki şəhər – Mahmur və Gvar da islamçılar tərəfindən tutulub. Hazırda islamçılar İraq Kürdüstanının 20 km-liyindədir.

Qaraqoşda 50 min adam yaşayır. Ancaq bura o biri şəhərlərdən qaçıb gələnlər çox idi. Onlar peşmərgə qüvvələrinin himayəsinə ümid edirdi.

İslamçılar tutduqları şəhərlərdə qeyri-müsəlmanlara təklif edirlər ki, ya İslamı qəbul etsinlər, ya da ölümlə üzləşəcəklər.

İslamçıların tutduğu Sincar şəhərindən minlərlə yezidi dağlara qaçıb.

BMT bildirib ki, İraqın şimalında islamçıların irəliləməsi ilə 200 min adam evindən didərgin düşüb ("Azadlıq" radiosu).

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR