İnsanlara hürriyət, millətlərə istiqlal!

Vatsap mesajına görə yeniyetməni öldürən şəxsə CƏZA KƏSİLDİ

807 18.07.2022 22:26 Kriminal A A

Şəki Ağır Cinayətlər Məhkəməsində Ağsuda yeniyetməni döyərək öldürməkdə təqsirləndirilən Cabir Müseyibovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.

Qeyd: Ötən il iyunun 20-də Agsu rayon sakini Nihad Məmişovun daha əvvəl almış olduğu xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə prokurorluğa məlumat daxil olub.

Bununla əlaqədar, Nihad Məmişovun ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Ağsu rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin Məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

İstintaqla müəyyən edilib ki, iyunun 15-də Cabir Müseyibov aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı 2005-ci il təvəllüdlü Nihad Məmişovu yumruqları ilə sifət və bədən nahiyəsindən vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Həmin xəsarətlər nəticəsində N.Məmişov stasionar müalicədə olduğu Bakı şəhər Neyrocərrahiyə xəstəxanasında ölüb.

Cabir Müseyibov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmədə ifadədə verən Cabir Müseyibov bildirib ki, 15 iyun 2021-ci il tarixdə günorta saatlarında mobil telefonundakı vatsap mesajlaşma proqramında Nihad Məmişovun statusa sevgi münasibətlərini əks etdirən video yerləşdirməsini, həmin videonun şərh hissəsində isə qonşularındakı qızın baş hərfi olan “L” hərfini yazmasını görüb. O, bu barədə vatsapda Nihada mesaj yazaraq kənar şəxslərin də qızın adını görməsini, bunun yaxşı olmadığını bildirərək həmin statusu silməsini bildirib. Nihad Məmişov ona cavab olaraq mesajında “silmirəm” sözünü yazdıqdan sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı Nihad onun ünvanına təhqiredici mesajlar yazıb. Məsələni aydınlaşdırmaq üçün Nihad ondan Qaraqaşlı kənd qəbirstanlığına gəlməsini tələb edib. Nəticədə dava zamanı o, Nihadı döyüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR