İnsanlara hürriyət, millətlərə istiqlal!

Vatsap-da yeni funksiya

1172 18.07.2022 08:49 Texnologiya A A

Vatsapın android üçün yeni beta versiyasında eyni vaxtda bir neçə çatda mesajların avtomatik silinməsini aktivləşdirməyə imkan verən funksiya istifadəyə veriləcək.

Musavat.com "report"a istinadən bildirir ki, bu barədə məlumat "WABetaInfo" resursunun saytında yer alıb.

Bildirilir ki, yeni funksiya menyunun "Yox olan mesajlar" hissəsində yerləşir. O, yazıların silindiyi taymeri (24 saat, 7 gün və ya 90 gün), həmçinin yazışmaları seçməyə imkan verir.

İndi müzakirə olunan menyuda yalnız müəyyən söhbət üçün taymer təyin etmək, həmçinin seçilmiş qaydanı bütün yeni söhbətlərə tətbiq etmək olar. Beta versiyanın funksiyası artıq yaradılmış dialoqların parametrlərini dəyişməyə imkan verir.

Vatsapın buraxılış versiyasında yeniliyin nə vaxt istifadəyə veriləcəyi hələ açıqlanmır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR