Vatikanın bəzi yepiskopları uşaqbazlığa görə tutulacaq
Vatikan uşaqların keşişlər tərəfindən yoldan çıxarılması barədə xəbər verməyən və ya pedofil keşişləri müdafiə edən yepiskopları və din adamlarını məsuliyyətə cəlb etməyi təklif edir.
ANS PRESS-in məlumatına görə, Vatikan rəhbərliyi düşünür ki, bu sahədə mövcud kilsə qanunları köhnəlib və problemin həlli üçün daha dəqiq, effektiv maddələrin işlənməsinə ehtiyac var.
İndiyə kimi Vatikanın ünvanına dəfələrlə ittiham səsləndirilib ki, uşaqbazlıqla qalmaqallara göz yumur.






