İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşınqtonda türk bayrağına görə həbs olunan soydaşımızın şəxsiyyəti bəlli oldu

5813 25.04.2015 23:19 Son xəbər A A
ABŞ-nın paytaxtı Vaşınqtonda bir qrup erməni 1915-ci il qondarma soyqırım olaylarının ildönümü münasibətilə Türkiyə səfirliyi önündə aksiya keçirdiyi zaman Türkiyə bayrağına qarşı hörmətsizlik ediblər.

Bu aksiyaya etiraz etmək üçün həmin məkanda olan soydaşımız onların hərəkətinə etiraz edərkən polisin zorakı hərəkətilə üzləşib. Ümid Partıyasının sədr müavini Rüfət Muradlının musavat.com-a verdiyi məlumata görə həmin soydaşımız Güneyli milli fəal və hazırda ABŞ-da mühacir olan Nəvid Sultanidir.

Polisin amansız davranışı ilə üzləşən Nəvid hal hazırda həbsxanadır. Hadisə yerində Nəvid Sultaninin həyat yoldaşı da olub.Belə düşünürəm ki, istər Türkiyənin, istərsə də Azərbaycanın Vaşınqtondakı səfirlikləri olaya müdaxilə edərək türk bayrağına sahib çıxan soydaşımızın azad olunması üçün hərəkətə keçməlidirlər.”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR