Vaşinqton və Moskva Suriya məsələsini müzakirə etdi
Rusiya və ABŞ diplomatları İran və Suriya problemini müzakirə ediblər.
Avropa.info Rusiya XİN-in saytına istinadən xəbər verir ki, Moskvada səfərdə olan ABŞ Dövlət katibinin müavini Uendi Şerman Rusiya XİN müavini Sergey Rıbakovla görüşüb. Görüşdə tərəflər Suriyadakı kimyəvi silahların məhv edilməsi, o cümlədən İranın nüvə proqrammı ilə bağlı əməkdaşlığı perspektivlərini müzakirə ediblər. Tərəflər həmçinin birgə əməkdaşlıq barəsində də fikir mübadiləsi aparıblar.






