İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton ştatının qubernatoru: 8 həftədə xəstələrin sayı 64 minə qədər, 3 aya isə milyona çıxa bilər

606 11.03.2020 17:10 Son xəbər A A

Vaşnqton ştatının qubernatoru Cey İnsli koronavirus epidemiyasının yayılması ilə bağlı fövqəladə tədbirlərin görülməsinin vaxtının gəlib çatdığını söyləyib.

Musavat.com “Amerikanın səsi” radiosuna istinadən xəbər verir ki, qubernator vaxtında qarşısının alınmadığı təqdirdə xəstələrin sayının 8 həftədə 64 minə qədər artacağını düşündüyünü söyləyib.

ABŞ-ın şimal-qərbində yerləşən bu ştatda hazırda 500-dən 2000-ə qədər xəstənin olduğu söylənilir. Rəsmi olaraq isə 267 koronaviruslu xəstə qeydə alınıb.

Sietl şəhərinin Kinq rayonu ştatdakı epidemiyanın episentri sayılır. Burada 74 koronavirus vaqiəsi aşkar olunub. Ümumilikdə ştatda 24 adam bu xəstəlikdən vəfat edib. Lakin ekspertlər rəqəmin daha yuxarı olduğunu deyirlər.

Cey İnsli artıq insanlaırn kütləvi şəkildə toplanacağı məkanların, o cümlədən məktəblərin bağlanacağını bildirib. “Belə gedərsə biz az 120 minlik, növbəti 3 ayda isə milyonluq bir fəlakətlə üz-üzə qala bilərik”,-deyə qubernator vurğulayıb.

Vaşinqton ştatında, demək olar ki, ölüm hadisələrinin hamısı Kirklend şəhərində qocalar evində baş verib. Həmin qocalar evində 120 sakinindən 55-i artıq virusa yaxalanıb. Bundan başqa, burada çalışan 180 əməkdaşdan 64-nün də infeksiyaya tutulduğunu bildirilir. Onların hamısı ev şəraitində karantin rejimində saxlanılırlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR