İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton görüşündə SENSASİYA: Mirzoyan Bakıya bu vədi verdi, Putin növbəti görüşü Moskvaya saldı – CANLI

2038 02.05.2023 13:31 Siyasət A A

ABŞ-da keçirilən Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin görüşündə Ararat Mirzoyan Bakıya Qarabağla bağlı vəd verib. Bu barədə məlumatı erməni politoloq Andranik Ovanisyan yayıb.

“Bəzi məlumatlara əsasən, üçtərəfli görüşün ilk günü Ararat Mirzoyan Ermənistan hakimiyyətinin Baş nazir Nikol Paşinyanın simasında Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanımaqda qətiyyətli olduğunu və konfliktin nizamlanması məsələsini bağlamağa hazır olduğunu bildirib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Ceyhun Bayramov isə Bakının Ermənistanın regiondakı iqtisadi və nəqliyyat-logistika layihələrində iştirakına maneə yaratmayacağını bildirib.
Əgər bu informasiya həqiqət deyilsə, Vaşinqtondakı erməni nümayəndə heyətindən bir nəfər çıxıb birbaşa bəyan etsin ki, Ermənistan heç bir halda Qarabağı Azərbaycan ərazisi kimi tanımayacaq”, – o bildirib.

Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyan Moskvada görüşəcək. Bunu Ermənistan parlamentinin Avropaya inteqrasiya məsələləri üzrə komissiyasının sədri Arman Yeqoyan bu gün keçirilən brifinqdə açıqlayıb. “Bununla bağlı ilkin razılıq var”, - Yeqoyan bildirib.
Yeqoyan əlavə edib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla yeni görüş keçirməyə hazırlaşır.

Vaşinqton görüşündən nələr gözlənilir? Moskva bu dəfə də sülh sazişini sabotaj edəcəkmi?
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Müzakirədə Azərbaycan Xalq Hərəkatının aktivlərindən olan siyasətçi Nemət Pənahlı da iştirak edəcək. Tamaşaçılarımız da sual və rəyləri ilə müzakirəyə qatıla biləcəklər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR