İnsanlara hürriyət, millətlərə istiqlal!

VASİF TALIBOVUN NAXÇIVANDAKI VİLLASININ YANDIRILDIĞI XƏBƏRİ YAYILDI

15929 12.03.2013 09:42 Ölkə A A

Rayonda belə söhbətlər dolaşır ki, villa qəsdən yandırılıb. Bildirdiyinə görə, villanın yandırıldığı ona görə inandırıcıdır ki, bu aylarda orada yaşayış olmayıb və elektrik cərəyanı kəsili olub. Villa yalnız yaşayış olanda elektriklə təmin edilirmiş.
Məlumatda o da bildirilir ki, yanğınsöndürənlər villanın köməyinə çata bilməyiblər. Çünki hazırda Batabata gedən yol qarla örtülü olduğundan maşınların hərəkəti xeyli çətinləşib. Bu səbəbdən də villa tamam yanaraq külə dönüb.
Martın 11-də “Yeni Müsavat” həmin hadisə ilə bağlı ətraflı məlumat əldə edə bilib.
Naxçıvandakı mənbələrimizin verdiyi məlumata görə, Vasif Talıbovun villasının yandırılması xəbəri doğrudur. Məlumat qaynağımızın bizə verdiyi bilgiyə görə, yanğının Talıbovun vaxtilə əmlakını əlindən aldığı tanınmış iş adamının yaxınları tərəfindən törədildiyi güman edilir. Hadisə baş verən günü Şahbaz Rayon Polis İdarəsinin əməkdaşları dərhal hadisə yerinə çağırılıblar. Villanın yerləşdiyi yerə polis canlı sədd çəkib. Hadisəyə şahidlik edən yaxınlıqdakı bütün şəxslərin ifadələri alınıb. Olay yerinə çağırılan yanğınsöndürənlərin gec gəlməsi yanğının bütün evə yayılmasına səbəb olub. Təxminən yarım saat sonra əraziyə 5 yanğınsöndürən maşın gəlib. Lakin onlar da küləyin təsiri ilə yayılan yanğını söndürməkdə çətinlik çəkiblər. Villanı bürüyən yanğının güclə qarşısı alınıb.

Vasif Talıbov facebook səhifəsində hadisə barədə yazdı

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun evinin yandırılması ilə bağlı məlumata aydınlıq gətirilib. O, bu barədə rəsmi facebook səhifəsində münasibət bildirib və yayılan xəbəri təkzib edib. Rəsmi səhifədə yazılan məlumatda deyilir: “Bəzi mətbuat orqanlarında yer alan Şahbuz rayonunda, Batabat yaylağında yerləşən və cənab sədr Vasif Talıbova məxsus olduğu iddia edilən binanın ötən şənbə yandırılması ilə bağlı olan informasiyalar tamamilə yalan və əsassızdır. Yayılan xəbərdə jurnalist qeyri-peşəkarlığı və məqsədli yalan informasiya yaymaq istəyi açıq-aydın görünür. Xəbərlə bağlı iki mühüm məqamı diqqətinizə çatdırmaq istəyirik, Batabat yaylağında yerləşən bina cənab sədr Vasif Talıbova məxsus deyil. O bina rəsmi qonaqlar üçün nəzərdə tutulmuş qonaq evidir, ikincisi isə həmin binada hər hansı bir yanğın baş verməyib”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR