Vasif Talıbov Parkı açarkən bir qrup “İstefa” qışqırdı (Foto)
Avqustun 15-də Naxçıvanda parkın açılışı zamanı görünməmiş bir olay yaşanıb. Naxçıvan müxbirimizin “Yeni Müsavat”a verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun iştirak etdiyi Naxçıvan şəhərindəki parkın açılışında bir qrup gözlənilmədən “İstefa” şüarları səsləndirərək əl çalmağa başlayıb. Əməkdaşımızın sözlərinə görə, bu zaman Vasif Talıbov şəhər zəhmətkeşləri qarşısında çıxış edirmiş. O nitqini yarımçıq saxlayaraq əli ilə mühafizəçilərə “İstefa” qışqıranların uzaqlaşdırılması göstərişini verib. Naxçıvan polisi və Ali Məclisin Təhlükəsizlik İdarəsinin əməkdaşları “İstefa” qışqıran gənclərdən üçünü saxlayıb.
Müxbirimiz deyir ki, açılış törənini işıqlandırmağa təkcə Naxçıvan Dövlət Televiziyası və “Şərq qapısı” qəzetinin əməkdaşları buraxılıblarmış. Elə bu səbəbdən olay zamanı çəkiliş apara bilməyib.
Əməkdaşımız deyir ki, gənclər döyülərək polis maşınına əyləşdirilərək ərazidən uzaqlaşdırılıblar. Bu zaman bayaq şəhər zəhmətkeşləri arasında Vasif Talıbovun nitqinə qulaq asan yaşlı bir xanım özünü Ali Məclis sədrinin ayaqları altına atıb. Təhlükəsizlik Xidmətinin əməkdaşları eyni münasibəti yaşlı xanıma da göstəriblər. Sevinc (soyadını dəqiqləşdirə bilmədik- F.İ) adlı Naxçıvan sakini təhüləsizlik əməkdaşları və polis tərəfindən maşına basılıb.
Xəbəri verən əməkdaşımızın sözlərinə görə, Sevinc adlı xanım tutulan gənclərdən birinin anasıdır. Vasif Talıbovun istefasını tələb edən hər üç gənc “Gəmiqaya” holdingin sabiq işçiləridir. Onlar ötən ilin dekabrında holdinqdən səbəbsiz yerə işdən çıxarılıblar. Üstəlik onlar işdən çıxarılan zaman satdıqları malın pulunu mənimsədikləri ittihamı ilə polisə veriliblər. Naxçıvan polisi hər üç gənci saxlayaraq bir müddət bölmədə saxlayıb. Gənclər polisdə saxlanılan zaman günahsız olduqlarını sübut ediblər. Amma, buna baxmayaraq gənclərin hər üçü polislə kobud danışdıqlarına görə 5 günlük həbs cəzasına məhkum ediliblər.
Gənclər “Gəmiqaya” holdinqdən haqsız yerə uzaqlaşdırıldıqlarına görə, holdinqi məhkəmə veriblər. Lakin, bir müddət sonra onlara xəbər göndərilib ki, holdinq rəhbərliyindən kürd əsilli, Türkiyə vətəndaşı Emin Uçar onları qəbul etmək istəyir. E. Uçarın qəbuluna gedən gənclərə yaxın müddətdə işə bərpa olunacaqları ilə bağlı söz verilib. İşdən çıxarılan hər üç gənc sonradan öyrənib ki, əslində E.Uçarın onlara dediyi bu söz quru vəddən başqa bir şey deyil.
Məlumat üçün bildirək ki, “Gəmiqaya” Holdinq Vasif Talıbova məxsus olsa da, hazırda holdinqi qardaşı Məhərrəm Talıbov idarə edir.
Hadisə ilə bağlı Naxçıvan Daxili İşlər Nazirliyi və Naxçıvan Şəhər Polis İdarəsi ilə əlaqə saxlasaq da suallarımıza cavab verən tapılmadı. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.
Fərahim İLQAROĞLU