İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyanın ailəsi yalvardı, Kreml mediası Araikdən TƏCİLİ xəbər yaydı - CANLI

2282 02.10.2023 14:58 Son xəbər A A

Sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş zamanı radio-televiziya yayımlarının təşkili ilə bağlı onlar tərəfindən edilən xahişin yerinə yetirilməsi məqsədilə bölgədəki yayım vəziyyəti araşdırılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, aparılmış radiomonitorinqlər nəticəsində Şuşa Radio-Televiziya Yayım Stansiyası vasitəsilə Azərbaycanın yeddi radio və doqquz televiziya proqramının, eləcə də Qarabağ bölgəsində yaşayan erməni sakinlərin maarifləndirilməsi, Azərbaycan dövlətinin çağırışlarının onlara çatdırılması üçün Azərbaycanın erməni və rus dillərində yayımlanan 101,1, 103,5 və 97,7 MHs tezliklərində FM radio və 674 MHs tezliyində rəqəmsal televiziya yayımının Xankəndi də daxil olmaqla, Qarabağ bölgəsinin bir çox ərazisində qəbulu müşahidə olunub.

Bununla belə, Qarabağ bölgəsində radio-televiziya yayımlarının keyfiyyətinin və əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə əlavə tədbirlər görüləcək.

Erməni jurnalist Davit Sarkisyan son günlər ölkəsi ilə bağlı pessimist proqnozlar verir. Sözügedən jurnalist son açıqlamasında da eyni düşüncədə olduğunu dilə gətirib.

Sarkisyan yazır ki, Qarabağda əhalinin köçündən sonra BMT-nin bölgəyə gəlməsi “toydan sonra nağara” deməkdir. O bildirir ki, Qarabağda baş verənlər Ermənistanın da başına gələcək. “BMT Kiprdən Suriyaya, Moldovadan İraqa, Ukraynadan Gürcüstana kimi dünyanın onlarla ölkəsinin ərazilərinə nəzarət etmirlər”.

Erməni jurnalist iddia edir ki, Azərbaycan və Türkiyə Ermənistana hücum etmək üçün hazırlıq görürlər. “Bunun üçün planları da var. Hadisə Arazın bu tərəfində baş verəcək atışmadan sonra start götürəcək. Sonra isə “antiterror əməliyyatı” adı altında ölkəmizin ərazisində “təhlükəsizlik zonası” yaradılacaq. Bu əsasən Ermənistanın şərq sərhəddində, yəni Zoddan Nerkin Həndə kimi böyük bir ərazini əhatə edəcək”.

Sarkisyan deyib ki, bu hadisələr zamanı heç kim Ermənistana kömək edə bilməyəcək. “Nə başqa bir ölkənin hərbi qüvvələri, nə Rusiya hərbi bazası (əgər o vaxt qədər qalsa), nə fransız tankları, nə də ingilis gəmiləri bizə yardıma çata bilməyəcək. Ən yaxşı halda Ararat Mirzoyan BMT Təhlükəsizlik Şurasında qapını çırparaq, küsərək, gedəcək”.

Qarabağla bağlı mövqeyimiz əvvəldən aydın idi: işğal olunmuş bu torpaqların Azərbaycana qaytarılmasını dəstəkləyirik. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani deyib. O, Türkiyə Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Biz regionun bütün ölkələrinin maraqlarını təmin edən kommunikasiya kanallarının inkişafının tərəfdarıyıq. Amma eyni zamanda vurğulayırıq ki, beynəlxalq sərhədlərin və geosiyasi dəyişikliklərin əleyhinəyik. Bununla bağlı mövqeyimizi açıq şəkildə bildirmişik. Əminik ki, bu məsələ dialoq yolu ilə həll edilməlidir”.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi dəyərləndirir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR