İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyan mükafata layiq görülsə, bundan Azərbaycana qarşı... - Deputat AÇIQLADI 

6478 08.04.2024 14:31 Siyasət A A

“Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizəd təqdim edilməsi pis lətifə kimi qəbul edilə bilər. Amma nəzərə alınmalıdır ki, islamofob mərkəzlər bəzən ən pis sürprizləri etməyi bacarırlar”.

Bu fikirləri Musavat.com-a millət vəkili Hikmət Babaoğlu bildirib.

HİKMET.jpeg (29 KB)

Millət vəkili qeyd edib ki, təəssüf ki, belə addımları insan hüquqları, Avropa dəyərləri ilə əlaqələndirirlər, lakin bu, gerçək faktı dəyişmir:

“Ruben Vardanyan başqa ölkənin ərazisində etnik separatçılığa dəstək verib, cinayətkarlığı təşviq edib. Birbaşa cinayət törətməsə belə, Azərbaycanın milli suverenliyi, dövlətçiliyinə qarşı təhrifedici fikirlər səsləndirməklə beynəlxalq hüquqa zidd hərəkətlər edib. Eyni zamanda onun maliyyə dəstəyi ilə əldə edilən silahlar faktiki olaraq dinc əhaliyə qarşı cinayətlərin həyata keçirilməsində vasitə olub. Normal vəziyyətdə belə bir caninin hər hansı mükafata təqdim edilməsi əsla yolverilməzdir”.

Hikmət Babaoğlu vurğulayıb ki, Vardanyan mükafata layiq görülsə, bundan gələcəkdə Azərbaycana qarşı ideoloji və informasiya müharibəsi aparmaq üçün istifadə oluna bilər:

“Nobel mükafatına layiq görülmüş şəxsin Azərbaycanda həbsxanada olması ilə bağlı ittihamlar səsləndirilə bilər. Yəni Vardanyanı Azərbaycana qarşı informasiya müharibəsinin tərkib hissəsinə çevirə bilərlər. Bu ehtimal da var. Mən Nobel mükafatı komissiyasının belə bir qərar qəbul edəcək qədər obyektivliyini itirə biləcəyini düşünmürəm. Bütün hallarda Ruben Vardanyanın adının sülhlə eyni cümlədə çəkilməsi öz-özlüyündə cinayətdir, faciədir. Bu, baş verməməlidir”.

Qeyd edək ki, Bakıda həbsdə olan separatçı Ruben Vardanyan xeyriyyəçilik və humanitar fəaliyyətinə görə 2024-cü il Nobel Sülh Mükafatına namizəd göstərilib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR