İnsanlara hürriyət, millətlərə istiqlal!

"Vaqner"in Qarabağ sirləri: ordumuza qarşı döyüşən muzdluları ermənilər aldatdılar - TƏFƏRRÜAT

2264 26.06.2023 13:04 Gündəm A A

Rusiyada silahlı qiyama, daha doğrusu, silahlı çevrilişə cəhd etmiş "Vaqner" Özəl Hərbi Şirkətinin (PMC) rəhbəri Yevgeni Priqojin çoxsaylı hərbi cinayətlərdə, qırğınlarda və terrorizmlə ləngər vuran ekstremist fəaliyyətdə suçlanan şəxsdir.

Latın Amerikası və Afrika ölkələrində çoxsaylı cinayətlər törədən, minlərlə günahsız insanı qətlə yetirən "Vaqner" Suriyada da çoxsaylı, əksəriyyəti hələ də aşkarlanmamaış cinayətlərdə əli olan strukturdur.

Ukraynadakı müharibəyə gəldikdə isə, rəsmi Kiyev "Vaqner"i terrorçu struktur elan edib.

"Vaqner" PMC 44 günlük İkinci Qarabağ Müharibəsində də "iz" qoyub. Yevgeni Priqojinin muzdluları torpaqlarımızın erməni işğalından azad edilməsi üçün apardığımız Vətən Müharibəsində düşmən tərəfində əsgərlərimizə qarşı döyüşüb.

Almaniyanın "RedaktionsNetzwerk Deutschland" (RND)  resursu "Vaqner"in rəhbəri Yevgeni Priqojindən bəhs edən araşdırmasında vurğulayırdı ki, bu özəl hərbi şirkət Kremlin maraqları üçün dünyanın bir sıra "boz" bölgələrində, o cümlədən Suriyada döyüşüb.

"Suriyada Priqojinin muzdluları hərbi əməliyyatlar aparmaqla yanaşı, Bəşər Əsədin qoşunlarındakı hərbçilərə də təlim keçirdilər. Palmira şəhərinin İŞİD terrorçularından azad edilməsində də "Vaqner" aktiv iştirak etmişdi. Bütün bunlarla yanaşı, təqribən 500 nəfər "Vaqner" muzdlusunun 2020-ci ilin noyabr ayının əvvəllərində Qarabağda Ermənistan qoşunlarının tərkibində Azərbaycana qarşı vuruşduğu da deyilir", - RND yazırdı.

"Vaqner" muzdlulularının Qarabağa, ermənilərin tərəfində vuruşmağa göndərilməsi barədə Almaniya siyasətçiləri də bəyanatlar verirlər.

Belə ki, Almaniya Sosial-Demokrat Partiyasının funksioneri, bundestaqın xarici işlər üzrə komitəsinin sədri Mizael Rott Twitter-də yazıb: "Priqojin bütün dünyaın önündə Putinin nüfuzunu yerlə bir etdi. Priqojinin qiyam cəhdi Sudan, Mali, Liviya ilə yanaşı, Ermənistanla Azərbaycan arasındakı münaqişəyə də təsir edəcək. Rusiya hakimiyyətini təmsil edən "Vaqner"in muzduları bir sıra ölkələrdə hərbi əməliyyatlar aparıblar və indi də aparırlar".

Əslində, "Vaqner"in muzdluları 44 günlük İkinci Qarabağ Müharibəsindən əvvəl, hələ 2008-ci ilin avqust ayının sonlarında-sentyabrın əvvəllərində Qarabağa yerləşmişdilər.

Müharibə günlərində onların təqribənr 300 nəfəri Şuşa uğrunda gedən döyüşlərdə ermənilərin tərəfində iştirak etmişdilər.

Həmin günlərdə "Vaqner" muzdlularından birinin Şuşada çəkilmiş fotosu da Rusiya mediasında və sosial şəbəkələrdə yayılmışdı.

Bundan başqa, "Vaqner" muzdlularının bir qismi isə sabiq Ağdərə rayonunda ermənilərlə çiyin-çiyinə ordumuza qarşı vuruşublar. "Vaqnerçilər" əsasən ermənilər üçün hava hücumundan müdafiəni təşkil etməyə çalışmışdılar.

44 günlük İkinci Qarabağ Müharibəsi başa çatandan sonra isə Ermənistan hakimiyyəti "Vaqner"lə sövdələşmənin şərtlərini pozdu, Y.Priqojinin muzdlularına pul ödəməkdən boyun qaçırdı.

Hətta "Vaqner"ə məxsus sosial şəbəkə profillərində, kanallarda və səhifələrdə muzdluların bir qismini "Azərbaycan tərəfinə keçməyə hazır olduğu" da iddia olunurdu.

Lakin Azərbaycan Y.Priqojinin "savaş köpəkləri"nin xidmətlərinə zərurət duymayıb və duymur: bunu bilən "Vaqner" mənsublarının qalıqları ermənilərdən pullarını ala bilməyəcəklərini anlayanda Qarabağı tərk edərək Rusiyaya qayıtmışdılar.

İşğal etdiyi ərazilərimizi nəzarətində saxlaya biləcəyini düşünən və Azərbaycana meydan oxuyan Ermənistan rəhbərliyi "Vaqner"ə də bel bağlamışdı. Lakin 44 günlük müharibə Azərbaycan əsgərinin ermənilərin başıpozuq hərbi dəstələri ilə yanaşı, "Vaqner"in "savaş köpəkləri"ndən də dəfələrlə döyüşə hazırlıqlı, peşəkar və qətiyyətli olduğunu sübut etdi.

Milli.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR