İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaqif Mustafayev sənədli film festivalının münsiflər heyətinə rəhbərlik edəcək

710 20.08.2018 16:06 Mədəniyyət A A

Azərbaycanın görkəmli kinorejissoru, Xalq artisti, "Space" teleşirkətinin prezidenti Vaqif Mustafayev III Türk Dünyası Sənədli Filmlər Festivalının münsiflər heyətinə rəhbərlik edəcək.

AZƏRTAC xəbər verir ki, Türk Dünyası Qəzetçilər Federasiyasının təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi türkdilli xalqların zəngin mədəniyyətini, milli mənəvi dəyərlərini tanıtmaq və dünyaya təqdim etməkdir.

İlk dəfə 2016-cı ildə təşkil edilən festivala "5 ölkə, 7 şəhər, 1 festival" devizi ilə start verilib. Ötən il festivalın əhatə dairəsi bir qədər genişlənərək 6 ölkəyə və 13 şəhərə çatıb. Bu il isə Türk Dünyası Sənədli Filmlər Festivalında 7 ölkənin iştirakı nəzərdə tutulur və artıq film seçimi başlayıb.

Festival 2018-ci il oktyabrın 2-dən noyabrın 10-dək davam edəcək.

Qeyd edək ki, təkcə ölkəmizdə deyil, həmçinin beynəlxalq kino aləmində böyük nüfuza malik rejissor, ssenarist, Xalq artisti Vaqif Mustafayevin avqustun 28-də yubileyidir. Prezident İlham Əliyevin Sərəncamı ilə Vaqif Mustafayev Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR