İnsanlara hürriyət, millətlərə istiqlal!

Valideynlər türk liseylərinin bağlanmasına etiraz edirlər (FOTO)

2729 24.06.2014 12:49 Son xəbər A A
Bir qrup valideyn “Çağ” Öyrətim İşlətmələri"nə daxil olan Bakı Özəl Türk Litseyinin binası qarşısında etriaz aksiyası keçirib. Hadisə yerindəli əməkdaşımızın verdiyi məlumata görə, valideynlər türk liseylərinin bağlanmasına etiraz ediblər. Onların sözlərinə görə, türk liseylərində təhsil alan şagirdlərin bundan sonra Azərbaycanın ümumtəhsil məktəblərində təhsillərini davam etdirməsi çətin olacaq. Çünki, türk lioseylərində təhsil sistemi fərqlidir və yuxarı siniflərdə şagirdlər seçdikləri profil-dəqiq və humanitar fənlər üzrə oxuyurlar. 

Daha sonra valideynlər Prezident Administrasiyasının qarşısına gediblər.

İnterpress.az-ın məlumatına görə, valideynlərin “Çağ” Öyrətim İşlətmələri" rəhbərliyi ilə görüşü keçirilib. Valideynlərlə danışığa Təhsil Nazirliyinin əməkdaşı da gəlib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR