İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaksinasiya olunmuş şəxslərə karantin qaydaları ilə bağlı müraciət

1450 19.04.2021 16:40 Ölkə A A

Koronavirusdan vaksinasiya olunmuş şəxslər yaxınlarının və ətrafının təhlükəsizliyi üçün karantin qaydalarına əməl etməlidir.

Musavat.com xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, vaksinasiya yoluxmanın qarşısını almaq deyil, əsasən yoluxan zaman ağırlaşmanın və ağırlaşmalarla bağlı ölümün qarşısını almaqda köməkçi bir vasitədir:

“Ona görə də bunu nəzərə alaraq onu deyə bilərəm ki, ölkədə tətbiq olunan karantin rejimi tədbirlərinə hər bir vətəndaşın bərabər şəkildə riayət etməsi məcburidir, çünki yoluxma dalğasının yüksək olduğu dönəmdə vaksin olunsaq belə, yoluxaraq ətafımıza təhlükə yaymaq ehtimalımız var. Ona görə də hər kəs qaydalara riayət etməlidir. Bir daha deyirəm, vaksin bizi xəstəliyi ağır keçirməkdən və ölüm hallarından qoruyur”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR