İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaksin fırıldağı, benzinin bahalaşması, Zəngəzur dəhlizi: Fikrət Yusifovla iqtisadi gündəm müzakirəsi CANLI

802 03.08.2021 14:36 Gündəm A A

Nazirlər Kabineti yanında Operativ Qərargahın əksər ictimai yerlərdə, iaşə sektorunda çalışanlara, müştərilərə vaksin tələbi qoyması, vaksinin de-fakto məcburi olması bir çox neqativ halların yaranmasına səbəb olub. Vaksin olunmaq istəməyənlərin prosesdən yayınmaq üçün pul verib saxta pasport alması halları aşkarlanıb.

Bundan başqa, iqtisadi gündəm də neftin ucuzlaşması, Aİ 95 və 98 markalı benzinin qiymətinin artması, Türkiyədə baş verən hadisələrin maliyyə bazarlarına təsiri, qardaş ölkənin iqtisadi vəziyyəti, Qarabağdakı proseslər və Zəngəzur dəhlizi məsələsi ilə zəngindir.

Bütün bu mövzuları və izləyiciləri narahat edən digər sualları Musavat TV-nin canlı yayınında “Müzakirə Masası” proqramında aparıcı Nərgiz Liftiyeva ilə iqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov şərh edir. Verilişdə digər iqtisadi mövzulara da nəzər salınır.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR