İnsanlara hürriyət, millətlərə istiqlal!

Vahid Əhmədov: “Reket jurnalistləri saxlayan şirkətlər, şirkət rəhbərləri, nazirlər var”

454 14.12.2021 17:07 Ölkə A A

Deputat Vahid Əhmədov “Media haqqında” qanun layihəsi barədə danışarkən bir sıra mühüm təkliflərlə çıxış edib.

Deputat deyib ki, medianın inkişafı üçün xüsusilə də reklam bazarının inkişafı vacibdir.

O qeyd edib ki, medianın dövlət tərəfindən maliyyələşməsi bu sahədəki problemlərin həllinə gətirib çıxarmayıb. Deputat jurnalistikaya sadəcə qazanc mənbəyi kimi baxanlardan da bəhs edib:

“Reket jurnalistlər həddən artıq çoxdur. Çünki reket jurnalistləri saxlayan şirkətlər, şirkət rəhbərləri, nazirlər var, onlara maliyyə yardımları edirlər”.

V.Əhmədov media rəhbərlərinin, xüsusilə baş redaktorların ali təhsil almasının tərəfdarı olduğunu söylədi. Ancaq digər jurnalistlər üçün ali təhsil tələbinin qoyulmasını vacib saymadı.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR