İnsanlara hürriyət, millətlərə istiqlal!

Vahid Əhmədov əmanətlərlə bağlı Prezidentə müraciət etdi

1014 13.03.2020 13:30 Ölkə A A

Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Vahid Əhmədov bəzi məqamlarla bağlı etirazını çatdırıb.

O, əmanətlərin sığortalanması müddətinin cəmi 9 ay uzadılmasına qarşı çıxdı, bildirdi ki, bu, çox az müddətdir. V.Əhmədov dedi ki, bu müddət heç olmasa 3 illik nəzərdə tutulmalıdır. Deputat əhalinin kifayət qədər təşviş içərisində olduğunu da bildirdi. Qeyd etdi ki, bir gün əvvəl Qubada, seçiciləri ilə görüşüb. Deputat onların da narahatlığını çatdırdı.

“Bu qanunun 9 ay müddətinə uzadılması heç bir effekt verməyəcək. Həm dollar ətrafında, həm neft ətrafında yaşanan ajiotajlar nəzərə alınmalıdır. Mən bu tribunadan cənab prezident İlham Əliyevə müraciət etmək istəyirəm. Əhalinin narahatlığını nəzərə alıb bu müddətin 3 ilədək uzadılmasını xahiş edirəm. Parlament rəhbərliyindən də xahiş edirəm ki, siz bu məsələ barədə cənab prezidentlə danışasınız. 9 ay uzatmaq Azərbaycan əhalisi üçün heç bir müsbət nəticə verməyəcək, əhali banklardakı pullarını çəkib onu dollara çevirmək istəyəcək. Əslində biz bu məsələni beşinci çağırışın sonlarında həll etməli, vaxtı uzatmalıydıq”.

Deputat Əli Məsimli də deputat həmkarının narahatlığını bölüşərək dedi ki, əmanətlərin sığortalanması ilə bağlı müddət 3 ilədək uzadılmalıdır.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR