İnsanlara hürriyət, millətlərə istiqlal!

Üzünə 13 qadın duran Depardye – “Qisas məqsədilə onu zorlamada ittiham edirlər”

521 28.12.2023 12:15 Dünya A A

Fransalı aktyor Jerar Depardyenin prodüseri və yaxın dostu Arno Frill sənətçiyə qarşı cinsi zorakılıq iddialarına münasibət bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Frillin sözlərinə görə, Fransa mediası bir neçə aydır Depardye ilə işləmiş qadınların aktyora qarşı cinsi qısnama ilə bağlı verdikləri ifadələri dərc edir. Prodüser vurğulayıb ki, hazırda bu ifadələri təsdiq edəcək heç bir sübut və ya məhkəmə qərarları yoxdur.

Frill xatırladıb ki, 2018-ci ildə Depardye artıq onu zorakılıqda ittiham edən bir qadın tərəfindən məhkəməyə verilib. Onun sözlərinə görə, beş il davam edən məhkəmə prosesində məhkəmə aktyorun təqsirini göstərən dəlil tapa bilməyib. Bununla belə, o, mətbuatda aktyor haqqında çoxlu materiallara görə bir çox insanın sənətçinin təqsirkar olduğuna inanmaqda davam etdiyini vurğulayıb.

“Təqsirsizlik prezumpsiyası prinsipini rədd edən mətbuatımızda bütün gücləri ilə Depardyenin mütləq günahkar olduğunu israr edirlər. Deyirlər ki, ilk ittihamı irəli sürən və öz hekayəti ilə informasiya məkanını kütləvi şəkildə dolduran şəxs düz deyir. İnsanların beyninə onun günahkar olduğu ifadəsi yeridilir. Bu, hətta Fransa prezidentinin hamıya təqsirsizlik prezumpsiyasını və yalnız məhkəmənin hökm çıxara biləcəyini xatırlatmasına baxmayaraq, baş verir”, - o bildirib.

Prodüser fransızların sənətçidən qisas aldığını iddia edib: “Mənə elə gəlir ki, ondan həmişə azad adam olduğuna və ağzını bağlamadığına görə qisas alırlar. O, on il əvvəl hakimiyyətlə münaqişə səbəbindən Belçikaya köçəndə və sonra Rusiya vətəndaşlığı istəyəndə qəti addımlar atıb. İndi gördüyümüz kimi, ən yüksək sferalarda onu buna görə bağışlamayıblar”.

Xatırladaq ki, 2004-2022-ci illər arasında 13 qadın Depardyeni cinsi zorakılıqda ittiham edib. Onlar hadisələrin müxtəlif filmlərin çəkilişləri zamanı baş verdiyini bildiriblər. Aktyor özü bütün ittihamları rədd edir.

Daha əvvəl 50 fransız mədəniyyət xadiminin Jerar Depardyenin müdafiəsi üçün çıxış etdiyi bildirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR