İnsanlara hürriyət, millətlərə istiqlal!

Üzeyir Cəfərovla Elxan Şükürlünün debatı – müharibənin 98-ci günündə nələr yaşanır? – “Canlı debat”

997 02.06.2022 11:45 Gündəm A A

Hazırda Ukraynanın şərqində gərgin döyüşlər gedir. Rusiya qüvvələri Severodonetsk şəhərinin böyük hissəsinə nəzarət edirlər.

“Rusiyalılar hücuma keçir, Severodonetskin mərkəzində möhkəmlənir, infrastrukturu və sənaye obyektlərini dağıtmaqda davam edirlər”, – Luqansk vilayəti hərbi administrasiyasının başçısı Sergey Qayday iyunun 1-də “Telegram”da yazıb.

Qaydayın dediyinə görə, Ukrayna qüvvələrinin mühasirəyə salınacağı sarıdan qorxular əsassızdır. “Ordu sakitcə öz mövqelərini müdafiə edir”, – deyən Qayday şəhərin 90 faizinin ziyan gördüyünü, zərərin bərpasının praktik mümkün olmadığını vurğulayıb.

Qayday Rusiya əsgərlərinin dörd aydır müdafiə olunan Luqansk vilayətini tamamilə tuta bilməyəcəyini sözlərinə əlavə edib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə Ukrayna qüvvələrinin cənubdakı Xerson şəhəri yaxınlığında müəyyən uğur əldə etdiyini, Kiyevdən şərqdə, Xarkov vilayətində irəlilədiyini bildirib.

“Rusiya ordusunun avadanlıq və say baxımından əhəmiyyətli üstünlüyünə baxmayaraq, müdafiəçilərimiz böyük cəsarət göstərirlər və cəbhədəki vəziyyəti idarə edirlər”, – Zelenski gecə çıxışında bildirib.

Bu və gündəmdəki bir çox mövzuları hərbi ekspert Üzeyir Cəfərovla politoloq Elxan Şükürlü müzakirə edirlər. Rusiya-Ukrayna müharibəsinin hazırkı mərhələsi, yeni detallar, qüvvələr nisbəti ilə bağlı tərəflər öz arqumentlərini bölüşəcəklər. Müzakirədə tamaşaçılarımız da iştirak edəcək.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TV

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR