İnsanlara hürriyət, millətlərə istiqlal!

Üzeyir Cəfərovla “Canlı debat” - Qərb Ukraynaya ölümcül HÜCUM silahları göndərməyə başladı!

1646 30.03.2022 14:15 Gündəm A A

Böyük Britaniyanın baş naziri Boris Conson Nazirlər Kabinetinə bildirib ki, Vladimir Putin vəziyyəti daha da pisləşdirə biləcəyi səbəbindən London Ukraynanı daha ölümcül silahlarla təmin etmək istəyir. Bu barədə “The Times” məlumat yayıb.

Bundan əvvəl Müdafiə Qərargahının rəisi Toni Radakin nazirlər üçün brifinq keçirərək, Ukraynanın Rusiya qüvvələrinə qarşı vuruşmaq cəhdindən əraziləri saxlamağa və geri qaytarmağa keçməsi ilə münaqişənin “daha ənənəvi müharibəyə” çevrildiyini deyib.
Onun sözlərinə görə, Böyük Britaniya Ukraynaya dəstəyin “yeni mərhələsinə” keçir və hökumət onun hansı hərbi texnika ilə təmin edə biləcəyini nəzərdən keçirir.

"Ukrayna ordusu təkcə iri şəhərləri saxlamır, rusları geri çəkilməyə məcbur edir. Bununla əlaqədar, dəstəyimiz də dəyişməlidir", - kabinetdəki mənbə bildirib.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Üzeyir Cəfərovla müzakirə etdik. 

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR