İnsanlara hürriyət, millətlərə istiqlal!

Üzeyir Cəfərov Gədəbəydə baş verənlərdən danışdı: "Bircə tank çatmırdı" - VİDEO

1471 24.06.2023 03:00 Gündəm A A

Hərbi ekspert Üzeyir Cəfərov "TV Musavat"ın efirində yayımlanan “Canlı debat” verilişində Gədəbəydə baş verən hadisədən danışıb.

"Bircə tank çatmırdı..." - hərbi ekspert deyib.

Musavat.com xatırladır ki, iyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. İnsidentlə bağlı 5 nəfər saxlanıb. Polis əməkdaşlarının aksiya iştirakçılara qarşı gözyaşardıcı qazdan istifadə etməsi birmənalı qarşılanmayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, polis əməkdaşı qadına qarşı ciddi qəbahətə yol verib, bununla bağlı müvafiq araşdırma aparılır.

Dünən isə Gədəbəyin Söyüdlü kəndində postlar qurulub. Daxili İşlər Nazirliyinin məlumatına görə, bu, ictimai təhlükəsizliyin təmin olunması məqsədi daşıyır. Kəndə giriş-çıxış orada qeydiyyatda olan sakinlərdən başqa vətəndaşlar üçün məhdudlaşdırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR