İnsanlara hürriyət, millətlərə istiqlal!

Üzərində Paşinyanın fotosu olan toyuqlarla aksiya keçirilib - FOTOLAR

1174 30.04.2022 16:55 Region A A

Ermənistan müxalifəti İrəvanda qeyri-adi aksiya keçirib. Müxalifət fəalları hakimiyyət tərəfindən təsis edilmiş Vətəndaş Gününü özünəməxsus şəkildə etirazla qeyd etmək qərarına gəliblər. Onlar meydana üzərində baş nazir Nikol Paşinyanın şəkili olan toyuqlar buraxıblar.

"Azadlıq hərəkatı"nın qurucularından biri Ara Zöhrabyan isə açıqlamasında deyib ki, Vətəndaş günü saxta bayramdır.

"Deyirlər ki, "qürurlu vətəndaş"larıq. Amma vətəndaş indi həmişəkindən daha çox alçaldılır. İndi əsas məsələ milli ləyaqəti qorumaqdır. Bizim şüarımız qorxudan, qorxaqlıqdan qurtulmaqdır. Onlar 2018-ci ildə hakimiyyətə gələndə qorxu səpdi. Bu qorxaq insanlar bizi məğlubiyyətə sürüklədilər. Toyuqlar isə onların qorxaqlıqlarının simvoludur", - Zöhrabyan deyib.

Ev quşlarını aksiyaya gətirən fəal isə dərhal polis tərəfindən saxlanılıb. Onu zorla polis maşınına mindirəndə aktivis “o zaman toyuqları da həbs edin” deyib.

Polis təkcə toyuqları meydana gətirən fəalı deyil, hərəkatın nümayəndəsi Vaaqn Çaxalyanı da saxlayıblar. Polis onun silah saxlamaqda şübhəli bilindiyini deyib.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR