İnsanlara hürriyət, millətlərə istiqlal!

"Uzaqdan çək, qəşəng görünüm" nə deməkdir? - Kamran Həsənlidən icra başçısına SƏRT SÖZLƏR

3714 23.06.2023 02:30 Son xəbər A A

Məlum olduğu kimi, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Polis əməkdaşlarının aksiya iştirakçılara qarşı gözyaşardıcı qazdan istifadə etməsi birmənalı qarşılanmayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, polis əməkdaşı qadına qarşı ciddi qəbahətə yol verib, bununla bağlı müvafiq araşdırma aparılır, onun əməlinə hüquqi qiymət veriləcək.

Dünən isə Gədəbəyin Söyüdlü kəndində postlar qurulub. Daxili İşlər Nazirliyinin məlumatına görə, bu, ictimai təhlükəsizliyin təmin olunması məqsədi daşıyır. Kəndə giriş-çıxış orada qeydiyyatda olan sakinlərdən başqa vətəndaşlar üçün məhdudlaşdırılıb.

Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun hadisə ilə bağlı fikirləri isə birmənalı qarşılanmayıb.

Musavat.com xəbər verir ki, aparıcı Kamran Həsənli "TV Musavat"ın canlı efirində Orxan Mürsəlovu sərt tənqid edib.

Verilişin sözügedən hissəsini təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR