İnsanlara hürriyət, millətlərə istiqlal!

Üsyançılarla razılaşan Putindən İLK AÇIQLAMA: "Bizim planlarımız ..." - VİDEO

1356 25.06.2023 17:20 Gündəm A A

Rusiya prezidenti Vladimir Putin, Vaqnerin muzdlu ordusunun 1 günlük üsyanının dünən axşam razılaşma ilə sona çatmasından sonra açıqlama verib.

Musavat.com xəbər verir ki, Putin bütün bu olanlara rəğmən Ukrayna ilə müharibəni dayandırmayacaqalrını açıqlayıb.

"Müdafiə Nazirliyinin rəsmiləri ilə daim əlaqə saxlayıram. Bizim prioritetimiz Ukraynadakı əməliyyatdır. Ukraynadakı bütün planlarımız gerçəkləşəcək",-deyə Putin bildirib.

Qeyd edək ki, dünən “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin geri qayıtdıqlarını açıqlayıb. Vaqner rəhbəri Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqlardan sonra hərbi kolonunu geriyə döndərdiyini və əks istiqamətdə geri çəkildiyini bildirib. O qeyd edib ki, bu addımı qan tökülməməsi üçün atır, razılaşdırılmış plana müvafiq olaraq silahlı dəstə səhra düşərgəsinə qayıdıb.

Məlumat üçün onu da qeyd edək ki, "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə qarşı cinayət işinə də xitam veriləcək, o, Belarusa gedəcək. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib. Peskov bildirib ki, PMC "Vaqner" döyüşçüləri səhra düşərgələrinə qayıdacaqlar, cəbhədəki xidmətlərin nəzərə alaraq qanunla təqib olunmayacaqlar.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR