ÜSTÜNDƏ QƏZZAFİNİN ŞƏKLİ OLAN PULLAR LƏĞV EDİLİR
Qəzzafinin pulların üzərindəki şəklinin Liviya xalqına diktatorlu illəri xatırlatdığı, məhz bu səbəbdən belə bir addım atılmasına ehtiyac olduğu bildirilir. Liviyalılar artıq bu il martın 15-dən etibarən Qəzzafinin əksi olan pulları yeniləri ilə dəyişməyə başlayacaq. Xatırladaq ki, Qəzzafi keçən ilin fevralından Liviyada başlayan etirazların ardından bütün ölkəni bürüyən vətəndaş müharibəsi nəticəsində 2011-ci ilin oktyabr ayında öldürülmüşdü. O, Liviyaya 1969-cu ildən 42 il rəhbərlik edirdi.






