Dünyada infeksion xəstəliklərin alovlanması getdikcə daha tez-tez baş verir və daha böyük ziyana səbəb olur.
Musavat.com xəbər verir ki, bu barədə Qlobal Pandemiyaya Hazırlıq Monitorinq Şurasının (GPMB) hesabatında qeyd olunub.
Ekspertlər vurğulayırlar ki, bu sahəyə qoyulan investisiyalar artan risklərlə ayaqlaşa bilmir. Yeni təşəbbüslərin ortaya çıxmasına baxmayaraq, geosiyasi gərginlik və ekoloji böhranlar səbəbindən onların effektivliyi getdikcə azalır.
GPMB-nin qiymətləndirməsinə görə, son on il ərzində, Eboladan tutmuş COVID-19 və meymun çiçəyinə qədər, dünya diaqnostika, vaksinlər və müalicəyə əlçatanlıq məsələlərində hətta geriyə addım atıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdar edir ki, yeni pandemiya qlobal parçalanmanı və iqtisadi problemləri daha da dərinləşdirə bilər. Bununla yanaşı, süni intellekt və rəqəmsal texnologiyalar təhlükələrin monitorinqini təkmilləşdirmək gücünə malik olsa da, müvafiq nəzarət mexanizmi olmadıqda özləri ilə yeni risklər gətirir.
Musavat.com






