İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜST-dən koronavirusdan daha təhlükəli epidemiya ilə bağlı ŞOK XƏBƏRDARLIQ: 75 milyon insan ÖLƏ BİLƏR

1772 22.01.2024 15:10 Dünya A A

Birləşmiş Millətlər Təşkilatı çərçivəsində fəaliyyətini davam etdirən Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreisus yeni epidemiya xəstəliyi ilə bağlı xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, sirli xəstəlik olaraq xarakterizə etdiyi "Xəstəlik X" haqqında danışan Tedros Adanom Qebreisus bu epidemiyanın koronavirusdan 20 qat daha ölümcül ola biləcəyini bildirib.

ÜST 2021-ci ildə bu xəstəliklə bağlı təhlilini dərc edərək, 75 milyon insanın həyatını itirə biləcəyini vurğulayır.

Davosda keçirilən Dünya İqtisadi Forumuna qatılan Tedros Adanom Qebreisus sözügedən xəstəliklə bağlı bunları deyib: "Ümid edirəm ki, may ayında bütün ölkələr ümumi "düşmən" olan pandemiyaya qarşı razılığa gələcəklər. Covid-19 zamanı çoxlu insanı itirdik, çünki onları idarə edə bilmədik. Onları xilas etmək olardı, amma kifayət qədər oksigen olmadı.

Musavat.com

DSÖ Genel Direktörü Tedros Ghebreyesus.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR