İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜST: Avropalı gənclər baba-nənəsinin yaşına çatmadan ölə bilər

742 24.09.2015 00:37 Yaşam A A

Tədqiqatçıların Rusiyanı da daxil elədikləri Avropa qitəsi alkoqol və tütünün istehlakına görə dünya lideridir. Bunun nəticəsi olaraq indiki gənclik öz baba-nənəsinin yaşınadək yaşamaya bilər. 

Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hazırladığı hesabatda deyilir. Bundan əlavə, Avropa əhalisinin yarıdan çoxu (59%) artıq çəki və piylənmədən əziyyət çəkir.

Hesabata görə, xərçəng, şəkərli diaebt və ürək-damar xəstəlikləri ilə mübarizə uğurla gedir, bu xəstəliklərdən, o cümlədən infarktdan və insultdan ölüm halları azalmaqdadır. Ancaq müsbət effekti siqaret çəkmək heçə endirə bilər: statistikaya əsasən, Avropa əhalisinin 1/3-i bu zərərli vərdişə mübtəladır. Bu, dünya regionları arasında ən yüksək göstəricidir.

Avropa adambaşına içilən düşən spirtli içkilərin istehlakına görə də birinciliyi saxlayır – ildə 11 litr təmiz alkoqol. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR