İnsanlara hürriyət, millətlərə istiqlal!

“Uşaqları məişət zorakılığından qorumaq hamımızın borcudur” - Millət vəkili

672 10.09.2019 16:40 Sosial A A

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Uşaqlar və gəncləri məişət zorakılığından qorumaq mühüm ictimai vəzifədir” adlı tədbir keçirilib. 

Musavat.com xəbər verir ki, tədbirdə millət vəkilləri, QHT rəhbərləri, KİV nümayəndələri və digər tanınmış ziyalıları iştirak edib. 

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib. 

“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri Lamiyə İsazadə tədbiri açıq elan edərək, qonaqları salamlayıb. 

O, tədbirin məqsədindən söhbət açıb: “Tədbirimizin məqsədi ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın doğurduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində cəmiyyəti maarifləndirməkdir”.  

Daha sonra söz Milli Məclisin deputatı Əflatun Amaşova verilib. Millət vəkili Avropada və Azərbaycanda valideyn-övlad münasibətlərinin fərqindən danışıb: “Məişət zorakılığı ilə bağlı xəbərlərlə televiziyalarda, mətbuatda tez-tez  qarşılaşırıq. Məişət zorakılığının qarşısının alınmasına həsr olunmuş bu cür maarifləndirici tədbirlərin keçirilməsi vacibdir. Avropada məktəb, cəmiyyət özü uşaqlara xüsusi diqqət ayırır. Məktəbdə bir uşağın əhvalı olmasa, müəllim maraqlanır, ailə ilə söhbətlər aparılır. Zorakılığa məruz qalan uşaqlar valideynin əlindən alınır. Azərbaycanda da uşaqlara və gənclərə həssas yanaşmaq lazımdır. Valideynlərin, cəmiyyətin maarifləndirilməsi yolunda atılan bütün addımlar dəstəklənməlidir. Uşaqları məişət zorakılığından qorumaq hamımızın borcudur”. 

Daha sonra millət vəkili Elman Nəsirov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Sevinc Əliyevaya və başqaları uşaqların məruz qaldığı fiziki və mənəvi zorakılıqlardan danışıblar. Onlar zorakılığın qarşısının alınması üçün   atılmalı olan addımlardan danışaraq, təkliflər irəli sürüblər.   

Qeyd edək ki, layihə çərçivəsində paytaxtla yanaşı Gəncə, Tərtər və Şəmkirdə də həmin mövzuda tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR