İnsanlara hürriyət, millətlərə istiqlal!

"Uşaqlara sevinc verək!" - Kimsəsiz uşaqlar üçün əyləncəli aksiya təşkil olunub - VİDEO, FOTOLAR

1514 25.11.2019 17:23 Proje A A

"Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər" İctimai Birliyi noyabrın 22-də Azərbaycan Uşaqlar Birliyinin sığınacağında məskunlaşmış kimsəsiz uşaqlara dəstək məqsədilə Bakı şəhərinə bir günlük "Uşaqlara sevinc verək!” adlı tur-aksiya təşkil edib.

Bu barədə "devranmedia.az” saytı xəbər yayıb.

Mədəni, maarifçi məzmun daşıyan əyləncəli aksiyada kimsəsiz uşaqlar İçəri Şəhərdə yerləşən Sirvanşahlar Sarayı tarixi abidəsini ziyarət edmiş, İçəri Şəhər və Sirvanşahlar Sarayı və onun tarixi haqqında ətraflı məlumatlandırılmışlar. Uşaqlar üçün böyük maraq kəsb edən bu gəzintidən sonra şəhərin mərkəzində yerləşən gözəl bir restoranda nahar etmişlər. Maraqlı bir gün keçirən uşaqlar axşam saatlarında Bakı Dövlət Sirkinin təşkil etdiyi "Water Land" adlı iki saatlıq möhtəşəm lazer və fəvvarələr şou proqramını izləyiblər. Proqramdan sonra "Sport Toys" uşaq mağazası müxtəlif növ hədiyyələrlə uşaqları sevindirmişdir.

Noyabrın 23-də "Azərkitab”ın mətbuat zalında Tur-aksiya ilə bağlı tədbir keçirilib. Tədbirdə təşkilatın idarə heyəti, əməkdaşları, mətbuat nümayəndələri, elm və sənət adamları, ictimai fəallar, aksiyaya dəstək göstərən sadə vətəndaşlar və sığınacağın rəhbərliyi və uşaqlardan bir qrupu iştirak ediblər.

Təqdimat mərasimini giriş sözüylə açan idarə heyətinin sədri Səbuhi Zaman göstərdikləri sosial təşəbbüsdə onlara dəstək olan şəxslərə minnətdarlıq edərək bu kimi xeyriyyə tədbirlərinin davamlı olacağını vurğulayıb. Ölkə başçısı İlham Əliyev və xanımı Mehriban Əliyevanın sosial layihələrə, xüsusən də ehtiyacı olan azyaşlı kimsısiz uşaqlara göstərdikləri diqqət və qayğılardan söz açıb.

Tədbirdə iştirak edən və maddi, mənəvi dəstək olan hər kəsə dərin minnətdarlığını bildirən İB sədri kimsəsiz uşaqlara yaşatdıqları sevinc dolu əyləncəli bir günün reallaşmasına görə "Damla" su-ya, "Pop şirələri"nə, "Abşeron” musiqi qrupuna, RM nəşriyyat evinə, "Muya” ayaqqabı mağazasına, "Sport Toys” uşaq oyuncaqları mağazasına xüsusi təşəkkürünü bildirmişdir.

Sonda təqdimatın keçirilməsi üçün şərait yaratdığı üçün "Azərkitab”ın rəhbəri Misirxan Həsənova "Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər" İctimai Birliyi adından təşəkkürnamə plaketi təqdim edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR