İnsanlara hürriyət, millətlərə istiqlal!

Urmuda Şəhriyar tamaşası səhnədən yığışdırıldı - VİDEO

474 23.06.2023 20:52 Gündəm A A

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində səhnəyə çıxarılan "Şəhriyar" tamaşasının başa çatmasına icazə verilməyib.

Görkəmli Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın həyatından bəhs edən və şəhərin Şəms Mədəniyyət Mərkəzində səhnələşdirilən tamaşa səhnədən yışğıdırılıb.

Buna səbəb tamaşada Azərbaycan mahnısı və rəqsinin ifa edilməsi olub.

Bununla yanaşı tamaşanın rejissoru və yazarı Vəli Lütfduxtun fəaliyyəti 3 il müddətinə qadağan edilib.

Bu barədə açıqlama verən Qərbi Azərbaycan əyalətinin Mədəniyyət və İrşad İdarəsinin başçısı Əlirza Noruzi məsələni təsdiqləyib.

Gunaz.tv

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR