İnsanlara hürriyət, millətlərə istiqlal!

UNESCO İcraiyyə Şurasının sədri Azərbaycana təşəkkür edib

684 27.06.2023 21:35 Mədəniyyət A A

Biz Azərbaycana UNESCO-nu "Fit for Live" təşəbbüsünü dəstəklədiyinə görə təşəkkür edirik.

APA xəbər verir ki, bunu UNESCO-nun İcraiyyə Şurasının sədri Tamara Rastovats Siamaşvili Bakıda keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransında (MINEPS 2023) çıxışı zamanı bildirib:

"Biz idmanın bütün potensialını ortaya qoymalıyıq. İdman müəyyən bacarıqlara, dialoqa, tolerantlığa, sosial rifaha, həmçinin sağlamlığın möhkəmləndirilməsinə nail olmağa imkan verir".

O əlavə edib ki, fiziki inkişafda inklüzivlik UNESCO üçün prioritetdir: “Biz təhsillə idman arasındakı sərhədi aradan qaldırmalıyıq. İnsan daha çox inkişaf etdirilməli olanı seçməməlidir: bədəni və ya zehni”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR