ÜMUMRUSİYA AZƏRBAYCAN KONQRESİNİN III QURULTAYI KEÇİRİLDİ
Nəzarət-Təftiş Komissiyasının hesabatı dinlənildikdən sonra isə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev çıxış edib. Administrasiya rəhbəri Azərbaycan və Rusiyanın müttəfiq olduğunu deyib. O, Azərbaycanın iqtisadi inkişafının və beynəlxalq aləmdə nüfuzunun artdığını qeyd edərək, ölkəmizin BMT Təhlükəsiz Şurasının müvəqqəti üzvü seçilməsində Moskvanın dəstəyinin əhəmiyyətini qeyd edib.
ÜAK-ın Azərbaycanın ən böyük diaspor təşkilatlarından olduğunu deyən R.Mehdiyev dövlətin diaspor quruculuğu prosesinə xüsusi diqqət yetirdiyini bildirib.
Çıxışlardan sonra Mandat Komissiyasının, Nəzarət-Təftiş Komissiyasının hesabatları səsə qoyularaq bəyənilmiş, ÜAK-ın Nizamnaməsinə dəyişikliklər qəbul edilib. Qurultay Rusiya prezidenti Dmitri Medvedyev və Azərbaycan prezidenti İlham Əliyevə müraciətləri, ÜAK-ın Bəyanatını və Qətnaməsini də qəbul edib.
Daha sonra ÜAK-ın 136 nəfərdən ibarət Mərkəzi Şurası, 7 nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyası seçilib.
Qurultay başa çatdıqdan sonra ÜAK Mərkəzi Şurasının yeni tərkibinin iclası keçirilib. Məmməd Əliyev yenidən ÜAK-ın prezidenti seçilib. Mərkəzi Şura ÜAK-ın 31 nəfərdən ibarət İdarə Heyətinin tərkibi seçib. Mərkəzi Şuranın iclasında Mikayıl Hüseynov Ümumrusiya Azərbaycan Konqresinin Baş katibi seçilib.