“ÜMUMİYYƏTLƏ, İNSANLAR ÜZƏRİNDƏ MÜZAKİRƏLƏRƏ SON QOYMAQ LAZIMDIR”
Yaranmış vəziyyətlə bağlı Müsavat Partiyasının başqanı, İctimai Palatanın Koordinasiya Şurasının üzvü İsa Qəmbər dedi ki, müzakirələrin üç səviyyəsi var: “Aşağı səviyyədə insanlar, orta səviyyədə hadisələr, yuxarı səviyyədə isə ideyalar, dəyərlər müzakirə edilir. Bu baxımdan hesab edirəm müzakirələri şəxsiyyətlər üzərində aparmağın bir anlamı yoxdur. Əvvəla, Hacı İlqar üzərinə hücum edilməsinə əsas verməyən adamdır, digər tərəfdən, o, müdafiəyə ehtiyacı olmayan bir şəxsdir, dostumuzdur. Amma məsələnin digər tərəfi də var, fərqli fikirlərə görə insanlara hücumlar olur, fitvalar verilir. Rafiq Tağı faciəsi bu məsələni sərt bir şəkildə aktuallaşdırdı. Ümumiyyətlə, adamlar üzərində müzakirələrə son qoymaq lazımdır. Əgər kimsə ayrı-ayrı adamlar haqda mütləq fikir söyləmək istəyirsə- mömin ya ateist olmasından asılı olmayaraq, diqqətli olmalı, təhqirə, hədə-qorxuya yol verməməli, insanların heysiyyətinə toxunmamalıdır. Hadisələrə qısaca rəy vermək olar, o baxımdan ki, həqiqətlər təhqiq olunsun və üzə çıxsın. Bizim cəmiyyətimizin səviyyəsi ona imkan verir ki, olaylara obyektiv qiymət verilsin. Amma ilk növbədə ideyalara, fikirlərə qiymət verilməlidir, bunlar müzakirə olunmalıdır.
Ölkədə bu tipli iki məsələ var ki, onların müzakirəsinə ehtiyac duyulur. Əgər tərəflər maraq göstərsə, bunları müzakirə etmək olar. Biri daha qlobal mövzudur. Bu ondan ibarətdir ki, Azərbaycanda din və İslam sovetlər dövründə daim təzyiq altında olub. Azərbaycan müstəqilliyə qovuşmağa başladığı illərdə - 80-ci illərin sonunda, xüsusən də müstəqillik əldə edildikdən sonra tam sərbəst şəkildə dinimizə hörmət mühiti formalaşmağa, İslam dini cəmiyyətdə özünə aid yerini tutmağa başlayıb. Proses hələ tamamlanmayıb, davam edir. Proses davam etdikcə də, təbii ki, müxtəlif yanaşmalar olur. Kimlərsə İslamın cəmiyyətdə rolunun həlledici olmasını istəyir, kimlərsə də dinin siyasətə, dövlətin də dinə qarışmaması prinsipindən çıxış edirlər. Onlar da bəzən narahatlıq ifadə edirlər. Bu bir prosesdir və tərəflər səbrli, dözümlü davransalar proses Azərbaycanın 21-ci əsrin dəyərlərinə layiq bir səviyyədə inkişaf etməsinə problem yaratmayacaq".
Müsavat başqanı qeyd etdi ki, ikinci müzakirə oluna bilən mövzu isə daha aktualdır: “Bu isə ondan ibarətdir ki, ölkənin demokratik düşərgəsi ilə inanclı kəsimin cümhuriyyət, müsavatçılıq ideyalarını qəbul edən hissəsi arasında əməkdaşlıq olmasını istəyirik, ya istəmirik? Hesab edirəm ki, bu suala cavab verilməlidir. Təbii ki, mən bu suala müsbət cavab verilməsinin tərəfdarıyam. Hesab edirəm ki, demokratik düşərgə ilə inanclı kəsimin cümhuriyyət, müsavatçılıq ideyasını qəbul edən hissəsi təbii müttəfiqdirlər və bunların bir yerdə olması taktiki yox, strateji bir məsələdir, bu, təbii birlikdir, əməkdaşlıqdır. Amma təəssüf ki, fərqli yanaşanlar da olur bu məsələdə. Demokratik düşərgə ilə əməkdaşlığa görə inanclı kəsimə həm bu kəsimin öz düşərgəsindən hücumlar baş verir, həm də demokratik düşərgənin müəyyən nöqtələrindən, qütblərindən müəyyən basqılar olur. Bəzən isə məsələnin mahiyyəti unudulur və azad fikirli gənclərə, yazarlara, jurnalistlərə yersiz hücumlar olur. Bu qütb yanaşmalara, məncə, son vermək lazımdır. Kifayət qədər önəmli, kifayət qədər də aydın olan məsələyə ciddi yanaşıb birgə qiymət verməliyik və bununla da məsələnin bu hissəsinə nöqtə qoyulmalıdır. Biz ölkədə vəziyyətin dəyişməsi, demokratik dəyərlərin qalib gəlməsi, bütün azadlıqlara, o cümlədən vicdan və etiqad azadlıqlarına nail olunması üçün cəmiyyətdə müsbət dəyişiklik istəyən bütün qüvvələrin birgə fəaliyyət göstərməsinə nail olmalıyıq. İctimai Palata bu əməkdaşlığa nail olmaq üçün ən uğurlu platformalardan biri, bəlkə də birincisidir. Ona görə də mən istərdim ki, bu mövzuda çıxış edən şəxslər istər mediada, istərsə də sosial şəbəkələrdə məsələyə ciddi, məsuliyyətli yanaşsınlar. Müzakirə açan adamlar insanlarla, şəxslərlə, ötəri hadisələrlə bağlı yox, prinsipial məsələlərdə mahiyyət üzrə diskussiyalar aparsınlar. Əminəm ki, əksəriyyət bu məsələdə qütb yanaşmalardan çıxış eləməyəcək. Demokratik düşərgədə məsələyə kifayət qədər ciddi yanaşan çoxluq var və onlar istənilən məsələdə doğru, dürüst mövqe ifadə eləməyə qadirdir”.