İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ümidvarıq ki, Niderland hökumətinin qərarı Ukrayna, Niderland və Avropanın maraqlarına cavab verəcək”

760 07.04.2016 04:28 Dünya A A
Ukrayna xarici işlər nazirliyinin sözçüsü Maryana Betsa Niderlandda Ukrayna və Aİ arasında imzalanan assosiasiya haqqında sazişlə bağlı keçirilən referendumun nəticələrini şərh edib.
 
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna XİN mətbuat xidməti xəbər verib.
 
“Nəzərə alırıq ki, Niderland qanunvericiliyinə uyğun olaraq, seçkinin nəticələri tövsiyə xarakteri daşıyır və mütləq qaydada icra edilməsi üçün hüquqi əsası yoxdur. Sazişin ratifikasiyası ilə bağlı yekun qərarı Niderland hökuməti verəcək. Ümidvarıq ki, Niderland hökumətinin qərarı Ukrayna, Niderland və Avropanın maraqlarına cavab verəcək”, deyə M.Betsa vurğulayıb.
 
Aprelin 6-da Niderlandda Ukrayna və Avropa İttifaqı arasında imzalanan assosiasiya haqqında sazişin məqsədəuyğunluğuna dair referendum keçirilib. İlkin nəticələrə görə, sazişin lehinə seçicilərin 38,1%-i, əleyhinə isə 61% səs verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR