Ümid Partiyası Türkiyə xalqına başsağlığı verdi
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Türkiyənin Şanlıurfa vilayətinin Suruc rayonunda baş vermiş terror hadisəsi zamanı ölənlərin yaxınlarına, Türkiyə xalqına və Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğana başsağlığı verib.
Ümid Partiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, bBaşsağlığında deyilir:
“ İyulun 20-də Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda törədilmiş terror hadisəsindən son dərəcə hiddətlənir ,qəti şəkildə pisləyirik. Bu terror aktının qurbanı olmuş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.
Terrorizmdən əziyyət çəkən dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq”.






