Ümid Partiyası Mirzə Sakit - AXCP qovğasına münasibət bildirdi
Son vaxtlar Satirik şair Mirzə Sakitlə AXCP funksionerləri və mühacirətdə olan jurnalist Fikrət Hüseynli biri-birilərinə qarşı xoşagəlməz ifadələrlə mətbuat orqanlarında çıxış edir, ciddi ittihamlar irəli sürürlər. Bu barədə Ümid Partiyasının mətbuat xidmətindən yayılan bəyanatda bildirilir.
Bəyanatda deyilir: "Təəssüflər olsun ki, bəzən etik normalardan kənara çıxaraq mübahisəyə heç bir aidiyyatı olmayan tanınmış ictimai-siyasi şəxslərin də adını hallandırırlar. Adı hallandırılan şəxslərdən biri də Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadədir.
Hesab edirik ki, insanlar arasında hansısa dostluq əlaqələrinin, yaxın münasibətlərin olmasının adiyyatı olmayan məsələlərdə hallandırlıması etik qaydalara ziddir. İnsanlar biri-birinə hörmət edərəkən, dostluq münasibəti saxlayarkən başqalarından məsləhət alası deyil.
Bu cür məsələlərdə şəxsi münasibətlərə istinad edilməsi, insanlar arasındakı dostluq münasibətlərinə kölgə salınmağa və bundan şəxslərə qarşı mənfi mənada istifadə olunmasına çalışılması, məsələdə aidiyyatı olmayan tanınmış insanların adının hallandırlması yolveriməzdir. İqbal Ağazadənin Mirzə Sakitlə dostluq münasibətləri uzun illərdir davam edir, bu dostluq münasibətində heç bir təmənna da umulmur".






