İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ulduz müharibələri”nin qəhrəmanı Trampın adının Hollivuddan birdəfəlik silinməsini təklif edib

695 09.08.2018 12:16 Dünya A A

Hollivud ulduzu, məşhur “Ulduz müharibələri” silsiləsinin qəhrəmanı “Lyuk Skayuoker”i canlandıran aktyor Mark Hemmil Donald Trampın ulduzunun Hollivuddakı “Şöhrətlər xiyabanı”ndan birdəfəlik silinməsinə çağırıb.

Musavat.com “CBSNews”a istinadən xəbər verir ki, o, Trampın yerinə bu yaxınlarda vəfat edən, eyni filmdə baş rolları paylaşdığı Kerri Fişerin adının əbədiləşdirilməsini təklif edib.

Mark Hemmil tvitterdə bu çağırışını hətta qanunla əsaslandırıb. Belə ki, Los-Anceles şəhərində həmin xiyabanın yerləşdiyi Qərbi Hollivud rayonunun bələdiyyə şurası ümumiyyətlə Trampın ulduzunun oradan götürülməsi haqqında yekdilliklə qətnamə qəbul edib.

Картинки по запросу donald trump star destroyed

Qətnamədə D.Trampın qadınlarla davranışının və digər hərəkətlərinin Qərbi Hollivudun müdafiə etdiyi dəyərlərlə bir araya gəlmədiyi vurğulanaraq belə bir insanın adının ulduz olaraq anılmasının doğru olmadığı göstərilib və bu barədə Los-Anceles şəhərinin bələdiyyə şurasına, həmçinin Hollivudun ticarət palatasına müraciət də edilib.

Onu da qeyd edək ki, prezidentinn ulduzu bir neçə dəfə naməlum şəxslər tərəfindən dağıdılıb. Tramp bu ulduza 2007-ci ildə “Şagird” adlı realiti-şoudakı roluna və prodüserliyinə görə layiq görülmüşdü.

Картинки по запросу donald trump star destroyed

Hemmilin ulduz qoyulmasını istədiyi Kerri Fişer 2016-cı ilin dekabrında vəfat edib. “Ulduz müharibələri” filmində oynadığı “Şahzadə Leya” obrazı Fişerə böyük şöhrət qazandırıb. Kerri Fişerin canlandırdığı Şahzadə Leya həmin filmdə zalım imperatora qarşı dirənən üsyançıların başçılarından biridir. Tramp əleyhdarları onu bəzən bu imperatora da bənzədirlər.

Картинки по запросу star wars 1977

Qeyd olunur ki, bu Hemmilin prezidentə qarşı ilk müxalif çağırışı deyil. O, bu yaxınlarda Trampın tvitlərini eybəcər formada səsləndirərək video şəklində yayımlayıb.

Keçən il isə o hətta prezidentin sosial şəbəkədən qovulması üçün başladılan kampaniyaya qoşulub. Bundan başqa, o, Donald Trampı açıq şəkildə təhqir edən aktyor Robert de Niroya aktiv dəstək verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR