QOÇ - Astroloji göstəricilər əsəblərinizdə hələ də gərginlik olduğunu bəyan edir. Nəzərə alsaq ki xoşlamadığınız Ay dünəndən bürcünüzdə qərar tutub, deməli, daha ehtiyatlı olmalısınız.
BUĞA - Ulduzların düzümü yalnız maliyyə məsələlərində uğurlara yiyələnəcəyinizdən xəbər verir. İstənilən sövdələşmə və ya işbirliyi xeyrinizə olacaq. Risk etməkdən qorxmayın.
ƏKİZLƏR - İştirakçısı olduğunuz görüşlərdə hövsələsizlik etməyin. Son vaxtlar təmkininizin pozulması ulduzların xoşuna gəlmir. Qeybət amilini isə özünüzdən qətiyyətlə uzaqlaşdırmalısınız.
XƏRÇƏNG - Havaların qızmarlığını nəzərə alıb vaxtınızı əyləncə və istirahətə həsr edin. Çünki hansısa əməkdaşlıq və ya sövdələşmə uğursuz olacaq. Qonaqlıq və yeni tanışlıq üçün olduqca münasib vaxtdır.
ŞİR - Avqustun bu qaynar günündə bütün vacib işlərinizi saat 16-ya qədər başa çatdırmağa çalışın. Çünki sonrakı ərəfədə bütün cəhdləriniz boşa çıxa bilər. İnsanlarla xoş davranın.
QIZ - Bu gün sevdiyiniz adamlarla bir yerdə olmağınız sizə rahatlıq gətirəcək. Ötən dövrlərin nostaljisinə qapılmaqdansa nikbin nəzərlərlə gələcəyə baxmağınız məsləhətdir.
TƏRƏZİ - Uğurlu tarix hesab etmək olar. Hansısa gərginlik və ya münaqişə gözlənilmir. Deməli, nəzərdə tutduğunuz vəzifələrin əksəriyyətini reallaşdırmaqda da problemlə üzləşməyəcəksiniz.
ƏQRƏB - Bəxtinizdə sevgi dolu bir təqvim var. Odur ki, özünüzü məhəbbət ümmanına salmaqla daxili sıxıntılarınızı xeyli azalda bilərsiniz. Maliyyə uğursuzluqlarına görə narahat olmayın.
OXATAN - Yaxşı olar ki, bürcünüz haqqındakı bu proqnozu oxuyan kimi səfərə çıxasınız. Sizin üçün darıxanların çox olduğunu nəzərə alıb tövsiyələrimizə əməl edin. Səs-küylü şəhərdə nə tapmısınız?!
OĞLAQ - Özünüzdən əvvəlki bürclərlə müqayisədə bu gün siz istirahətdən daha çox fəaliyyətə yer ayırmalısınız. Təxminən saat 12-dən sonra şəxsi işlərinizdə əsaslı dönüş yarana bilər.
SUTÖKƏN - Həmişə olduğu kimi indi də ulduzlar maliyyə məsələlərində qənaətcil olmağınızı məsləhət görür. Gələcək planlarınızı düşünün. Nahardan sonra mütləq müqəddəs yerlərə baş çəkin.
BALIQLAR - Sevgi-ailə münasibətlərində müəyyən mübahisələr gözlənildiyindən bəribaşdan buna hazır olmalısınız. Əmin olun ki, bütün münaqişələri yalnız siz yoluna qoya bilərsiniz.






