İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ukraynaya dəstək verməsək, təhlükə bizdən də yan keçməyəcək” – Niderlandın müdafiə naziri

363 11.02.2024 01:30 Dünya A A

Niderlandın müdafiə naziri Kaysa Ollonqren Avropa İttifaqının (Aİ) hakimiyyət orqanlarını və NATO rəhbərliyini Ukraynaya silah və hərbi texnikanın tədarükü ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

NOS telekanalına danışan nazirin sözlərinə görə, Avropa ölkələri və ABŞ-ın davamlı hərbi və maliyyə dəstəyi təkcə Ukraynanın deyil, Qərb dövlətlərinin, o cümlədən Hollandiyanın təhlükəsizliyini qorumağa kömək edəcək: “İndi bizim divarların arxasında təhlükəsiz olduğumuz vaxt deyil. Biz Aİ və NATO-nun bir hissəsiyik və Ukraynadakı böhranın eskalasiyası bizə də təsir edə bilər”.

Kaysa Ollonqren hesab edir ki, bu səbəbdən də Qərb dövlətləri Ukraynaya davamlı olaraq dəstək verməlidir. Qərb ölkələri Kiyevə hərbi və maliyyə yardımını dayandırsa, döyüşlər digər Avropa dövlətlərinə də keçə bilər: "Ukraynanı fasiləsiz dəstəkləməyə ağıllı yanaşmasaq, bizi bu gözləyir".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR