İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın XİN başçısı: “Biz Türkiyəyə güclü mövqelərlə gedirik”

779 09.03.2022 17:07 Dünya A A

Ukrayna xarici işlər naziri Dmitri Kuleba bu ilin mart ayının 10-da, Türkiyədə rusiyalı həmkarı Sergey Lavrovla görüşündən gözləntilərinin çox olmadğını bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.

“Açıq söyləmək gərəkirsə, mənim gözləntilərim məhduddur. Hər hansı yüksək ümidlər də bəsləmirəm. Lakin biz maksimum nəticələrə çalışacağıq”,-deyə nazir yazıb.

Dmitri Kuleba Ankaradakı görüşdə Ukrayna tərəfinin maraqlarının 3 bənddə əks olunacağını qeyd edib.

Bunlar: Atəşksəs; Ukrayna ərazilərinin işğalçılardan azad edilməsi; Rusiya ordusunun yaratdığı humanitar fəlakətlərin önlənməsindən ibarətdir.

Nazirin sözlərinə görə, Ukrayna ordusunun qəhrəmanlığı, prezident Zelenskinin qətiyyətli mövqeyi və tərəfdaşlarının konsolidasiyası sayəsində indi o, Türkiyəyə daha güclü mövqelərlə gedir.

D.Kuleba Sergey Lavrovun da Türkiyəyə hər hansı təbliğat direktivləri ilə deyil, vicdanla gələcəyinə ümid bəslədiyini söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR