İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın Quru Qoşunlarının komandanı hərbi strategiyanın bəzi məqamlarını açıqlayıb

885 25.10.2022 02:26 Dünya A A

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski hərbi strategiyanın bəzi məqamlarını açıqlayıb

"Report" xəbər verir ki, bu barədə Aleksandr Sırski "ABC News" telekanalına müsahibəsində bildirib.

O, qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qarşı müharibədə strategiyasının əsas məqamlarından biri təchizat məntəqələrinə davamlı zərbələrdir.

Sırski, həmçinin əlavə edib ki, Rusiyanın artilleriyada üstünlüyə malik olduğu toqquşmaların dəf edilməsi də hərbi strategiyada nəzərdə tutulur.

Komandanın sözlərinə görə, Ukrayna qüvvələri minimal itki ilə hədəfə çatmaq üçün mobil hücumlar həyata keçirir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR