İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın Mirqorod şəhərində karantin elan edilib

513 18.09.2019 17:05 Son xəbər A A

Ukraynanın Poltova vilayətinin Mirqorod şəhərində it və tülkülərin quduzluq faktı səbəbindən karantin elan edilib. Bu barədə AZƏRTAC Mirqorod şəhər Administrasiyasının saytına istinadla xəbər verir.

Məlumata görə, baytarlıq laboratoriyaları it və tülkülərin quduzluğa yoluxma faktını təsdiqləyib.

"Komissiya ərazini quduzluğun yayılmasından daha da qorumaq üçün tədbirlər planını təsdiqləyib və şəhər ərazisində ev və kimsəsiz heyvanların profilaktik peyvəndləmə cədvəlini hazırlayıb",- deyə məlumatda qeyd edilir.

Baytarlar sakinlərdən qeyri-adi heyvan davranışları barədə məlumat vermələrini və ev heyvanlarını peyvənd etmələrini xahiş edib.

İlkin məlumata görə, sentyabrın 13-də it şəhərdə üç nəfəri dişləyib. Baytarlıq Tibb Laboratoriyası tərəfindən aparılan araşdırmalardan sonra heyvanın quduz olduğu təsdiqlənib.

Xatırladaq ki, Ukrayna Səhiyyə Nazirliyi quduzluğa qarşı peyvəndlərin ilk partiyasını bölgələrə göndərəcək. Ukrayna 93 mindən çox quduz peyvəndi alıb.

Azərbaycanın Poltovadakı fəxri konsulluğundan AZƏRTAC-a bildiriblər ki, karantin elan edilən ərazilərdə azərbaycanlılar maarifləndirilib və onlara kimsəsiz heyvanlardan qorunmaq tövsiyə edilib.

Onu da qeyd edək ki, Mirqorod şəhərində müalicəvi sanatoriyalar çox olduğundan, müalicə alan azərbaycanlılar da az deyil.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR