İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın Londondakı səfirliyi Liz Trassın Kiyevə səfəri üçün hazırlıqlara başlayıb

391 06.09.2022 17:04 Dünya A A

Ukraynanın Londondakı səfirliyi Böyük Britaniyanın Baş naziri vəzifəsində Boris Consonu əvəz edəcək Liz Trassın Kiyevə səfəri üçün hazırlıqlara başlayıb.

AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının lideri Liz Trassın sentyabrın 6-da rəsmən Baş nazir vəzifəsinə təyin olunacağı gözlənilir. O, partiyadaxili səsvermədə sabiq maliyyə naziri Rişi Sunaka qalib gələrək Boris Consonu əvəzləyəcək. Torilər hakim partiya olduğu üçün Liz Trass yeni hökuməti qurmaq hüququ qazanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR