Ukrayna ordusunun əks-hücum əməliyyatları aylarla çəkə bilər. Bu, ildırımsürətli əməliyyat deyil.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Müharibə Təhqiqatları İnstitutu (ISW) məlumat yayıb.
Məlumatda bildirilir ki, Silahlı Qüvvələrin əks-hücum əməliyyatının başlama vaxtı Xerson vilayətinin qərbində Rusiyanın hücum potensialının deqradasiyasına uyğundur.
Müharibə Təhqiqatları İnstitutu xəbərdarlıq edir ki, heç kim Ukraynanın Xerson bölgəsindəki əks-hücumunu uğursuzluq kimi qələmə verən və ölkəni Qərbin oyuncağı kimi təqdim edən Rusiyanın təxribatlarına uymasın.
“Rusiya Müdafiə Nazirliyi Ukraynanın əks-hücumunu mühüm uğursuzluq kimi təqdim edir. Bu cür əks-hücum əməliyyatları dərhal uğur, yaxud uğursuzluqla nəticələnmir. Ukrayna rəsmiləri etiraf edirdilər ki, ildırımsürətli əməliyyat keçirmək üçün lazım olan hərbi texnika yoxdur. Ukraynalı hərbçilər Xerson vilayəti və ya başqa yerdə Rusiyanın müdafiəsini məhv etmək əvəzinə, düşmənin yerüstü təchizat xətləri, komanda və idarəetmə məntəqələrinə hücum edirlər”, - məlumatda bildirilir.
Nigar Cəfərli,
Musavat.com






