Ukraynanın Azərbaycandakı səfiri Xocalı soyqırımının şəhidlərini anıb.
Musavat.com xəbər verir ki, səfir Vladislav Kanevskiy Xocalı soyqırımı abidəsini ziyarət edərək önünə qərənfillər düzüb.
V.Kanavskiy daha sonra faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.
Səfir bununla bağlı tvitterdə paylaşım da edib.
“30 il əvvəl baş vermiş Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələrinin qoyulmasında iştirak etdim. Ukrayna Azərbaycan xalqının dərdinə şərikdir!”, - deyə Vladislav Kanevskiy bildirib.
Musavat.com








